Tozsoran alarkən nələrə diqqət etməliyik?

Tozsoran müxtəlif səthlərdən toz və digər zibilləri toplayaraq ev və ya iş yeri üçün təmiz və təhlükəsiz mühit təmin edir.Yeni bir tozsoran alarkən, müxtəlif istehsalçıların təklif etdiyi oxşar xüsusiyyətlərə malik bir çox tozsoran modelləri ilə qarşılaşacaqsınız. Quru, yaş-quru tozsoranlar, xalça təmizləyicilər və robot maşınlar kimi bir çox fərqli növləri var. Ehtiyaclarınıza cavab verən tozsoranın seçilməsi ondan nə üçün istifadə edəcəyinizdən, tozsoranın olması lazım olan xüsusiyyətlərdən və büdcənizdən asılıdır. Tozsoran almaq üçün sizdən həm də motor və onun sorma gücü, çəkisi, zəmanət şərtləri, kabel uzunluğu, qoşmaların sayı və növü, hava filtrasiyası və bir çox digər xüsusiyyətlər haqqında məlumatın olması tələb olunur.


Davamı →

Tozsoran alarkən nələrə diqqət etməlisiz

Evdə təmizlik üçün hər gün kifayət qədər vaxt sərf etsək də otaqda mebel, xalça, palaz və digər əşyaların üzərinə qonan tozun öhdəsindən gəlmək o qədər də asan deyildir. Məhz buna qarşı ən gözəl mübarizə metodu tozsoran maşındır. Tozsoran  maşınlar hava nasosunun köməyi ilə çirkləri və tozu sora bilən elektrik cihazıdır. O, adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir. Sorma zamanı toz və qırıntı maşındakı xüsusi torbaya yığılır. İndi tozsoran maşın demək olar hər bir evdə mövcuddur. Əgər əvvəllər tozsoran maşınlar məhdud şəkildə idisə, hal-hazırda müasir bazar onun müxtəlif tip və funksiyaları yerinə yetirən növləri ilə zəngindir. Ona görə də istehlakçı tərəfindən tozsoran maşın seçilməsi aktual məsələyə çevrilmişdir.

Davamı →

Hansı tozsoran almaq daha yaxşıdır?

Tozsoran seçimində hansı göstəriciləri nəzərə almaq lazımdır?
Tozsoran seçməzdən əvvəl, onu necə və hansı şəraitdə işlətməyi planlaşdırdığınıza, hansı məqsədlə əldə etdiyinizə qərar verməlisiniz. Aşağıdakı qeyidlər vacibdir:
  •  təmizləmə tezliyi — cihazın lazımi gücü buna bağlıdır (toz və tör-töküntünün gündəlik təmizlənməsi üçün aşağı gücə malik bir model kifayətdir);
  •  təmizləmə növü — quru və ya yaş, əksər qurğular yalnız quru təmizlik üçün nəzərdə tutulmuşdur, yuyan tozsoranlar universaldır;

Davamı →